ETM

Erkən Təlim Mərkəzi

PYP

İbtidai Təhsil Proqramı

MYP

Orta Təhsil Proqramı

DP

Diplom Proqramı

Əziz valideynlər, şagird və müəllimlər!

Hörmətli eas.az vebsaytının izləyiciləri!


Avropa Azərbaycan Məktəbinin direktoru olaraq sizi səmimi salamlayıram!

Bakıda müasir ümumi təhsili təklif edən bir sıra məktəblər mövcuddur. Çox şadıq ki, siz Məktəbimizə maraq göstərir və bizim Erkən Təlim Mərkəzini, İbtidai və ya Orta təhsil bölməsini seçmisiniz, yaxud seçim etmək haqqında düşünürsünüz.

IB (International Baccalaureate - Beynəlxalq Bakalavriat) məktəbi olaraq bizim təhsil ocağını fərqləndirən xüsusiyyət şagirdlərimizə müxtəlif və geniş səpkili təhsil və inkişaf imkanları təklif etməkdir. Məktəbimizin fəaliyyəti İB fəlsəfəsinin özəyi olan konseptual yanaşmaya söykənir və hər bir şagirdə xüsusi diqqətin yetirilməsinə əsaslanır: o, necə öyrənir, nəyi öyrənir və aldığı təhsil vasitəsilə gələcəkdə nəyə nail olmaq istəyir. Məktəbimiz öyrənməni öyrətməyi, özünütəhsili də daim diqqət mərkəzində saxlayır. Missiyamızda qeyd olunduğu kimi, səylərimiz 21-ci əsrdə uğur qazanmaq üçün şagirdlərimizin zəruri səriştələrə yiyələnməsini təmin etməkdir.

Fəxrlə deyə bilərəm ki, məzunlarımız Avropanın, xüsusilə də Birləşmiş Krallığın, eləcə də ABŞ və Kanadanın nüfuzlu universitetlərində təhsil alırlar.

AAM ilə daha ətraflı tanış olmaq üçün daxil olduğunuz saytda Məktəbimiz haqqında Sizi maraqlandıran bütün  məlumatları əldə edə biləcəksiniz.

Sizi bir daha salamlayır və məmnuniyyətlə AAM-ə dəvət edirəm!

Ən xoş arzularla,
Asif Cahangirov
Direktor

BİZİM NƏTİCƏLƏR

Burada siz məktəbimizin bəzi nailiyyətləri haqqında statistikanı görə bilərsiniz

İZLƏYİCİ
SİNİF
ŞAGİRD
SERTİFİKATLAŞDIRILMIŞ MÜƏLLİM

Video